Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 15 » Qarabağ bəyanatı İvanişvilinin İrəvana səfərini sual altına qoydu
17:17
Qarabağ bəyanatı İvanişvilinin İrəvana səfərini sual altına qoydu

XİN rəhbərinin sözləri Ermənistanda anti-Gürcüstan ritorikasının alovlanmasına səbəb olub

Gürcüstanın baş naziri Bidzina İvanişvili ölkənin xarici işlər naziri Maya Pancikidzenin Qarabağla bağlı bəyanatına şərh verməkdən boyun qaşırıb. Gürcü mətbuatına istinadən verilən məlumata görə, İvanişvili jurnalistlərə açıqlamasında bildirib ki, bu haqda Pancikidzenin özü Tiflisə qayıtdıqdan sonra danışacaq. 


Maya Pancikidze Litva səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən "münaqişəni yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək lazımdır” ifadəsini işlədib. Bu isə Gürcüstanın baş naziri Bidzina İvanişvilinin İrəvana səfər öncəsinə təsadüf etdiyindən Ermənistan mətbuatında anti-Gürcüstan ritorikasının alovlanmasına səbəb olub. 

Maraqlıdır ki, Pancikidzenin Qarabağla bağlı açıqlaması Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkət partiyasında da narazılıqla qarşılanıb. Partiyanın parlamentdəki nümayəndəsi Akaki Minaşvili xarici işlər nazirinin istefasını tələb edib. Deputatın fikrincə, İvanişvilinin yanvarın 17-də İrəvana nəzərdə tutulan səfəri öncəsi verilən bəyanat Gürcüstanı çətin vəziyyətə salıb. "Pancikidze səriştəsizdir, onun fəaliyyəti ölkəni mürəkkəb duruma salır. Onun Litvadakı bəyanatı baş nazir İvanişvilinin İrəvana səfərini sual altına qoyub. Biz həmçinin İvanişvilinin Bakıya səfəri öncəsi səslənən düşünülməmiş bəyanatları da yaxşı xatırlayırıq”, - deyə o vurğulayıb. 

Gürcü mətbuatının iddiasına inansaq, İvanişvili Pancikidzenin yerinə İrakli Menaqarişvilini təyin etməyə hazırlaşır. Menaqarişvili Eduard Şevardnadze dönəmlərində ölkənin xarici siyasət idarəsinin rəhbəri olub.
Category: XƏBƏRLƏR | Views: 431 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 04:43
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012