ABŞ-ın cənub qərb torpaqlarında və Meksikaya yaxın olan quraq ərazilərində, kiçik amma son dərəcə qorxulu bir gəmirici yaşayır. Sonora çölündə gecələri ortaya çıxan və təzə ət axtaran bu gəmirici, çəyirtkədən böcəklərə qədər nə tapsa yeyir. Sonra isə aya baxaraq bir qurd kimi uluyur. Elm adamları, zəhərə dözümlü bu canlı sayəsində yeni bir ağrı kəsici dərman hazırlamaq istəyirlər. Vəhşi gəmiricinin çəhrayı pəncələrindən zəhərli bir əqrəb belə xilas ola bilmir. Kiçik gəmirici, əqrəbi tutaraq onun burnuna dayanmadan zərbələr vurur, sonra quyruğunu qıraraq əqrəbi torpağa sıxır. Sonda isə, əqrəbin başını dişiylə parçalayır və onu yeməyə başlayır. Bu qorxulu səhnələrdən sonra hər dəfə "zəfər ulamasını" unutmayan canlı, çəyirtkə siçanıdır, yəni "Onychomys torridus" adlanır. Kiçik boyuna baxmayaraq gecələrə dəhşət saçan canlının xüsusiyyəti, Şimali Amerikada yaşayan tək ət yeyən gəmirici olmasıdır. Çəyirtkə siçanının elm insanları tərəfindən bənzərsiz edən xüsusiyyəti isə əqrəb qanına müqavimətli olmasıdır. Bunun sayəsində, tədqiqatçılar siçandan istifadə edərək onun tibb dünyasına köməkçi ola biləcəyini düşünürlər.
|