Ramin Mehmanpərəst Türkiyə hökumətini tənqid edib İran xarici işlər nazirliyinin rəsmi təmsilçisi Ramin Mehmanpərəst Türkiyə hökumətini bu ölkənin Suriyə ilə sərhədi boyunca Patriot zenit-raket kompleksləri yerləşdirməyə görə tənqid edib. Azeri-Xeber.ucoz.com "al-Manar” telekanalına istinadən bildirir ki, Türkiyənin əmin etdiyinə görə o, İranın əleyhinə hər hansı bir hərbi əməliyyatda iştirak etməyəcək və öz hava məkanını bu məqsədlə işlətməyə yol verməyəcək.
Mehmanpərəst vurğulayıb ki, Patriotlar Ankaranın deyil, NATO və Qərbin əlində olacaq, Türkiyənin deyil, İsraili qorumaq üçün nəzərdə tutulur.
|