Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 17 » Rusiya son aylarda Ermənistana külli miqdarda silah-sursat verib (SİYAHI)
09:17
Rusiya son aylarda Ermənistana külli miqdarda silah-sursat verib (SİYAHI)

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan Moskvanın Ermənistanı silahlandırdığını təsdiqləyən yeni faktlar ortaya çıxıb

Rusiya Ermənistanı silahlandırmaqda davam edir. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bir çox beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən mövcud status-kvonun dəyişdirilməsinin zəruriliyi barədə dəfələrlə bəyanatların verilməsinə baxmayaraq, Rusiyanın sözü ilə hərəkətləri üst-üstə düşmür. Belə ki, Rusiya Federasiyası Ermənistana külli miqdarda silah və texnikanın ötürülməsini davam etdirərək status-kvonun qorunub saxlanılmasına zəmin yaradır.


APA-nın əldə etdiyi məlumata görə, Rusiya ilə Ermənistan arasında hava vasitəsi ilə hərbi daşımalar təşkil edilib.

Son bir neçə ay ərzində Rusiyadan Ermənistana aşağıda göstərilən silah, sursat və hərbi texnika ötürülüb:


Zirehli texnika

- BMP-3 piyadaların döyüş maşınları;
- BMP-2 piyadaların döyüş maşınları;
- BTR-80 bazasında R-149 komanda-qərargah maşınları;
- BTR-70/80 zirehli transportyorlar.

Artilleriya qurğuları

- 152mm 2A65 «Msta-B» haubitsaları;
- 152mm 2A36 «Qiatsint-B» topları;
- 2S3M «Akasiya» özüyeriyən artilleriya qurğuları;
- 300mm, 240mm və 122mm üçün reaktiv mərmiləri;
- 152mm artilleriya qurğuları ücün mərmiləri;
- Tanklar ücün 125mm mərmiləri;
- D-30 artilleriya qurğuları üçün 122mm mərmiləri;
- MT-12 topu ücün 100 mm mərmiləri
- Artilleriya üçün ehtiyat hissələri və ləvazimatları;
- 2S3M «Akasiya» üçün ehtiyat hissələri və ləvazimatları;

HHM və aviasiya vasitələri

- S-300 zenit-raket kompleksi üçün 5B55K, 5B55R və 5B55U idarəolunan zenit raketləri.
- ZRK «KUB» bir divizion tərkibində;
- 80 mm C-8 idarə olunmayan aviasiya raketləri;
- İdarəolunmayan X-25 ML aviasiya raketləri;
- 57mm C-5 idarəolunmayan aviasiya raketləri UB-20-57 bloku ilə;
- R-60M tipli idarəolunan raketləri;

Çoxlu sayda döyüş texnikası və aqreqatlar üçün ehtiyat hissələri;
Çoxlu sayda atıcı silahlar, sursatlar və mühəndis əmlakları.
Category: XƏBƏRLƏR | Views: 470 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 05:57
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012