Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 17 » "Sədərək"də etiraz aksiyası başladı
11:10
"Sədərək"də etiraz aksiyası başladı
Bu gün bazardakı mağazalardan heç biri açılmayıb, sahibkarların hamısı bazarın qarşısına toplaşıblar

Bu gün səhər saatlarında "Sədərək bazarı"nda sahibkarların etiraz aksiyası başlayıb. Bu barədə sahibkarlar məlumat veriblər. 

Onların sözlərinə görə, mağaza sahiblərinin kassa aparatlarından istifadəyə məcbur edilməsi etirazlara səbəb olub. Bu gün bazardakı mağazalardan heç biri açılmayıb, sahibkarların hamısı bazarın qarşısına toplaşıblar. Sahibkarlar magistral yolu bağlamağa cəhd edirlər. Hələlik bazarın mühafizə xidməti buna mane olur.

Qeyd edək ki, "Sədərək bazarı"nda kassa aparatları ilə bağlı mübahisələr bir neçə aydır davam edir. Bazar rəhbərliyi kassa aparatlarından istifadə etməyə mağaza sahiblərini 400 manat cərimə edir. Sahibkarlar iddia edirlər ki, topdansatış məntəqələrində kassa aparatlarından istifadə olunmur və belə qaydanı yalnız "Sədərək bazarı"nın rəhbərliyi tətbiq edir. Onların sözlərinə görə, bazar rəhbərliyi sahibkarlardan müxtəlif adlarla pul yığır.

Category: XƏBƏRLƏR | Views: 485 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 00:53
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012