Mərkəzi Amerika ölkəsi Hondurasın Kolimbiyadakı səfirliyinin Yeni il tədbiri qalmaqala səbəb olub.
Azeri-Xeber.ucoz.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hondurasın Kolimbiyadakı səfiri Yeni il gecəsində səfirlikdə qrup seksi təşkil edib. Həmin gecə səfirlikdəki bəzi gizli sənədlər və kompyuterlər oğurlanıb.
Hondurasın "El Heraldo" qəzetinin məlumatına görə, səfir Yeni il gecəsinə çağrılan əxlaqsız qadınlarla xeyli spirtli içki qəbul etdikdən sonra gizli sənədlər oğurlanıb. Bu hadisədən sonra səfirin vəzifədən uzaqlaşdırıldığı açıqlanıb.
|