"İndi məni və Milli Hərəkat Partiyasını təhqir etmək dəbdədir”. Gürcü mətbuatının verdiyi məlumata görə, bunu Kutaisidə tələbələrlə görüşən Gürcüstan prezidenti Mixail Saakaşvili deyib. O, hazırda ölkədə yaşananlara görə təəssüfləndiyini bildirib.
"Sizə bir şey deməliyəm. Bilin ki, əgər bu gün evinizdə işıq varsa, sizdən rüşvət tələb etmirlərsə, oğrular yoxdursa, gürcü ailələrinin 80 faizində evdə əsas yemək kartofla çörək deyilsə, bunu mən və Milli Hərəkat edib. Mən bununla fəxr edirəm. Bu gerçəkdir, virtual Gürcüstan deyil”, - deyə o vurğulayıb.
|