Main » 2013 » January » 22 » Sabah mubariz ruhaninin növbəti məhkəməsi keçiriləcək
10:41 Sabah mubariz ruhaninin növbəti məhkəməsi keçiriləcək |
Sabah Bakı Apellyasiya Məhkəməsində ictimai-dini xadim Abgül Süleymanovun apellyasiya şikayəti ilə bağlı növbəti proses keçiriləcək
Proses 15:00-da başlayacaq.
Ruhaninin vəkili Anar Qasımlı apellyasiya şikayətini istintaq və istintaqdan sonrakı məhkəmə proseslərindəki ciddi qanun pozuntuları ilə əsaslandırıb.
Vəkil ötən həftə keçirilən prosesdə bu barədə bunları demişdi: "Möhtərəm hakim bizim qaldırdığımız vəsadət əvvəlki məhkəmə proseslərində təmin olunmadı. Vəsadətimizin əsası bu idi ki, Abgül Süleymanovun evində axtarış aparılan zaman həyata keçirilmiş videoçəkilişə baxılsın. Çünki əgər həmin videoçəkilişə baxılmasına icazə verilsə axtarışda yol verilmiş qanunsuzluqlar görünəcək. Həmin qayda pozuntuları belə olub ki, MTN işçiləri müttəhimin vəkili olaraq mən və müstəntiq mənzilə çatmamış evə artıq girmişdilər. Özü də qapını sındıraraq. Mən isə oraya çatanda Abgül Süleymanovun qapısının önündə stulda oturmuş bir nəfəri gördüm. Ondan kim olduğunu soruşanda isə hal şahidi olduğunu və evi mühavizə etdiyini bildirdi. Doğrudan məsələyə belə yanaşma məni təəssüfləndirir. Axı mənzilin qapısını sındırmaq və sonrada oranın mühafizəsini hal şahidinə tapşırmaq hansı məntiqə və peşakarlığa uyğundur? Və bu faktlar Abgül Süleymanova qarşı ittihamlarda obyektivliyə elə ilk gündən şübhə yatarmaya bilməz. Möhtərəm hakim, biz orada və sonradan da dəfələrlə etirazımızı şifahi və yazılı şəkildə bildirdik. Həmin videoçəkilişdə isə bizim fikirlərimizi təsdiq edən faktlar mövcuddur. Heç bir məhkəmə həmin videoçəkilişi tədqiq etmədən obyektiv qərar verə bilməz. Yalnız o videoçəkiliş tədqiq olunduqdan sonra düzgün qərar verilə bilər".
|
Category: Mənəviyyat |
Views: 817 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|