Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 17 » Şagirdin döyüldüyü məktəbin direktoru danışdı
15:20
Şagirdin döyüldüyü məktəbin direktoru danışdı

"Müəllimənin xarakterində probelmlər ola bilər"

"Şagird Arzu Ağayevanın döyülməsilə bağlı məlumat şişirdilib. Şagirdin valideynləri məktəb rəhbərliyindən şikayət etmir”. Bunu Simsar.az-a açıqlamasında Lənkəran şəhər 8 saylı orta məktəbin direktoru Aslan İbrahimov bildirib: "Bu məsələ mənim diqqətimdədir. Valideyn mənim yanımdadır. Etiraf edir ki, açıqlama verərkən həddindən artıq əsəbi olub. 20 ilin müəllimiyəm. Şagirdin valideynlərinə də dərs demişəm. Ciddi problem yoxdur. Məsələ yoluna qoyulub”. 


Qeyd edək ki, Lənkəran şəhər 8 saylı orta məktəbdə Vüsalə adlı müəllimənin 6-ci sinif şagirdi Arzu Ağayevanı döyməsi barədə məlumat yayılıb. Şagirdin atası Şahin Ağayev bildirib ki, müəllimin silləsi nəticəsində qızının qulaq pərdəsi partlayib, sırğası itib. 

Məktəb direktorunun sözlərinə görə, Vüsalə müəllimə tənbeh edilib: "Müəllimənin xarakterində problemlər ola bilər. Şagird müəlliməyə söz qaytarıb. O da qızın qulağını dartıb. Hər gün müəllimlərə tapşırıram ki, şagirdlərlə düzgün rəftar edin, onlara əl qaldırmayın. Amma hərdən belə hadisələr də olur”. 

Şagirdin atası Şahin Ağayev bildirib ki, övladı hadisəni ona düzgün başa salmayıb: "Hüzrümüz düşmüşdü, əsəbi idim. Bir yandan da qızım döyülməsi barədə şikayət elədi. Vüsalə müəllimənin də kobudluğu olub. Uşağın qulağına sillə ilə yox, xətkeşlə vurub. İtən sırğası da tapılıb. Məktəb direktoru ilə danışdıq, məsələni yoluna qoyduq”.

Category: XƏBƏRLƏR | Views: 475 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 07:29
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012