Samux rayonununda qohumlar arasında ağır cinayət hadisəsi baş verib. Bu barədə Azeri-Xeber.ucoz.com-a Samux rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Qaraçanaq kəndi ərazisində qeydə alınıb. Kənd sakini Vüsal Əliyev və onun həyat yoldaşı Ceyran ağır bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Hər iki yaralıya tibbi yardıb göstərilib, lakin Vüsal Əliyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada aldığı bıçaq xəsarətindən ölüb. Digər yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırmalar nəticəsində məlum olub ki, hadisəni zərərçəkmiş Ceyranın qardaşı, Daşkəsən rayon sakini Ceyhun Nəbiyev törədib. O, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.
Həmçinin müəyyən edilib ki, bayram ərəfəsində bacısının evinə qonaq gələn Ceyhun Nəbiyev onlarla mübahisə edib. Ailə-məişət münaqişəsi zəminində qanlı cinayət hadisəsi baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam ldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlayıb. |