"Charlie Hebdo” əməlinin tam halal olduğunu iddia edir Fransanın həftəlik satirik jurnalı «Charlie Hebdo» peyğəmbər Məhəmməd əleyhisalamın həyat motivləri əsasında komiks dərc etdirib. Azeri-Xeber "Charlie Hebdo”nun saytına istinadən bildirir ki, jurnal bu zaman islam əleyhinə heç bir addım atmadığını iddia edir: "Biz müsəlman səlnaməçiləri kimi Məhəmmədin həyatını rəsmə keçirdik. Heç bir əlavə yumor yoxdur. Bu forma kimlərəsə bidətçilik kimi görsənə bilər, amma tamamilə halaldır”,- deyə saytda vurğulanır. Seriyanın birinci bölümünü əks etdirən komiksin üz qabığında səhrada dəvə aparan ağ paltarlı kişi təsvir edilib.
Qeyd edək ki, "Charlie Hebdo” keçən ilin sentyabr ayında Məhəmməd (ə.s.) barədə karikatrura çap etdirmişdi. Onda Fransanın müsəlman icmaları jurnalı qınamışdılar və müsəlmanları sakitliyə çağırmışdalar. Fransa isə bir sıra müsəlman ölkələrindəki səfirliklərini bağalmağa hazırlaşmışdı. ss
|