Ermənistan dövlət başçısı Serj Sarkisyan prezident seçkilərindən öncə "Azad Avropa" radiosuna müsahibə verib. Sarkisyan müsahibəsində bildirib ki, Türkiyə dövlətinin "Erməni soyqırımı"nı qəbul edəcəyinə əmindir. "Erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar türklər çətin günlər keçirəcək. Türkiyənin həqiqətən bir kompleksi var və tarixlə qarşılaşmaq istəmir. Azərbaycanlılar da onlarla qardaş olduğu üçün kompleksə malikdir. Bəlkə də bu kompleks deyil, amma Azərbaycanla qardaş olmaq Türkiyəyə maneədir.",-deyə işğalçı ölkənin prezidenti əlavə edib.
Qeyd edək ki, Ermənistan prezidenti çıxışında daha sonra deyib: "Hədəfimiz türklərin erməni soyqırımını qəbul etməsidir. Bunun baş verəcəyindən əminəm. Ancaq nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki soyqırımı rədd etmək, onu davam etdirmək mənasını verir."