Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 22 » Seyran Səxavətdən modern.az-a sərt etiraz
17:06
Seyran Səxavətdən modern.az-a sərt etiraz

"Onlara qapılarımı bağladım"

Tanınmış yazıçı Seyran Səxavət Modern.az saytına etiraz edir.

O, bu barədə açıqlamasında bildirib: "Bazar günü Modern.az saytının əməkdaşları müsahibə almaq üçün mənimlə görüşə gəldilər. Hardasa iki-üç ay olardı ki, onlar zəng edib müsahibə verməyimi xahiş edirdilər. Mən də axır ki, razılıq verdim və görüşdük. Təxminən üç saata yaxın uzun və maraqlı bir söhbət alındı. Biz bir-birimizi çox gözəl başa düşmüşdük. Bu gün isə saytı açıb oxuyanda, inanın ki, öz stilimi, sözlərimi tanıya bilmədim. Bəzən kiminsə haqqında deyirlər ki, bu adam özünü-sözünü bilmir. Mən də orda nə özümü, nə də sözümü görə bildim. Müsahibənin yüzdə doxsan beş faizi təhrif olunub. Elementar fikirlərdə belə yanlışlıqlara yol veriblər". 


Tanınmış yazıçı fikrini əsaslandırmaq üçün konkret misal da gətirib: "Mən hamısını saya bilmərəm, amma birini qeyd etmək istəyirəm. Müsahibə zamanı futboldan da söhbət etmişik. Mənim ən çox sevdiyim futbolçu "Barselona"da oynayan Messidir. Onun haqqında da maraqlı fikirlərim olub. Mən orada bizim böyük şairimiz Nizamidən sitat gətirmişdim: 

Şeirdən ucalıq umma dünyada, 
Çünki Nizamiylə qurtarır o da.

Ordan da Messiyə keçid almışam:

Futboldan ucalıq umma dünyada, 
Çünki Messi ilə qurtarır o da.

Baxın, müqayisə edin, görün, bu dediklərim o müsahibədə var? Bir sözlə, müsahibə başdan ayağa qədər təhrif olunub. Dediyim sözləri orada tapa bilmirəm. Çünki hamısı ala yarımçıq yazılıb. Məntiqi əsaslara söykənən fikirlərin sütunları sökülmüş vəziyyətdədir. Bilirsiz, o müsahibə nəyə oxşayır? Elə bil ki, çox gözəl bir sarayı söküb-dağıdıblar, peşəkar mühəndis və inşaatçılar da ona baxanda görürlər ki, bu gözəl olub, amma darmadağındır. Müsahibə mənə belə təsir bağışladı. Ona görə də mən Modern.az saytına öz qəti etirazımı bildirirəm. Onlara qapılarımı bağladım. Mən onlar üçün həmişəlik qapandım və onlar da mənim üçün. Ağlıma da gəlməzdi ki, bu cür təhriflərə yol verərlər”.
Category: XƏBƏRLƏR | Views: 484 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 23.05.2019, 04:40
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28]Mənəviyyat [53]
İqtisadiyyat [11]XƏBƏRLƏR [653]
Hava haqqında [15]Müsahibə [11]
Yazarlar [5]Kriminal [70]
Idman [5]Faciə [68]
Siyasət [50]Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012