Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 1 » ŞEYX vor zakonla birgə
15:05
ŞEYX vor zakonla birgə
İddialara görə, QMİ sədri ilə tanınmış avtoritetin hətta şərikli biznesi də var.

"Oğru aləmi”ndə "Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyevin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə əlaqələrinə dair mətbuatda iddialar yer alıb. Bu haqda avropa.info xəbər yayıb.

Məlumatda qeyd olunur ki, "Rövşən Lənkəranski”nin  Azərbaycanda  çox məşhur olan bir məmur-oliqarxla dostluq və biznes əlaqələri də var: "Lənkəranskinin dostluq münasibətində olduğu tanınmışlardan biri də Allahşükür Paşazadədir. Şeyxin həmyerlisi olan ”Rövşən Lənkəranski" ilə biznes əlaqələrinin olduğu da bildirilir. Qeyd edək ki, bir neçə il öncə "Rövşən Lənkəranski”  silah saxlama və başqa bir neçə maddə ilə həbs olunsa da "cinayətkar aləmin” təəccüblə qarşıladığı bir hadisə baş verib. Belə ki, məhkəmə Caniyevə  bəraət verərək onu həbsdən azad etdi. Bu, Azərbaycanda "cinayətkar aləmin” təcrübəsində görünməmiş hadisə idi. Aldığımız  məlumata görə, "Rövşən Lənkəranski” həbs olunan zaman onun buraxılması üçün xahiş edənlərdən də biri hörmətli Şeyx olub".


Məlumat üçün deyək ki, 1975-ci il təvəllüdlü R.Canıyev Lənkəranda doğulub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir. İlk dəfə 1996-cı ildə 2 il müddətinə həbs edilib. R.Canıyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalında güllələyib. Səbayel Rayon Məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R.Canıyev cinayət məsuliyyətindən azad edilib.

R.Canıyev oğru aləmində "Rövşən Lənkəranski” kimi tanınır. 2002-ci ildə onun barəsində cinayət işi təzələnib. Lakin istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində  axtarış elan olunub. 2009-cu il, dekabrın 3-də Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib. Onun oğru adının alınması ilə bağlı bir müddət əvvəl mətbuatda xəbər  yayılıb.

Qeyd edək ki, R.Canıyevin qardaşı, gömrük polkovniki Namiq Canıyev Keşlə Gömrük Postunun rəisidir. "Neon” restoranlar şəbəkəsi də Canıyevlərə məxsusdur.

Dünən bu iddialarla bağlı QMİ-yə zəng etsək də telefonu qaldıran olmadı. Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.



Category: XƏBƏRLƏR | Views: 535 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 17:51
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012