Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 11 » Əsgər ölümü. Düşmənlər nə istəyir? (Köşə yazısı)
15:26
Əsgər ölümü. Düşmənlər nə istəyir? (Köşə yazısı)
haber


lk əvvəl əsgər Ceyhun Zaman oğlu Qubadovun vəfatı münasibətilə onun ailəsinə, yaxınlarına baş sağlığı verirəm

İslam Peyğəmbəri (s) buyurur: "Vətəni sevmək imandandır”. Vətəni sevmək və onu qorumaq hər bir müsəlmanın vəzifəsidir. Elə bir vəzifə ki, buna əməl edərkən insanın imanının dərəcəsi məlum olur. Əlbəttə ki, vətəni qorumadan sevmək inandırıcı görünmür. Qorumaq isə hər bir "vətən düşməni” ilə düşmən olmaqdır. Vətənə qulluq etmək və ya Ona xidmət etmək bizim həm də vətəndaşlıq borcumuzdur. 

Məktəbimizdə oxuduğum dövrdə vətənpərvərlik daha yaxşı təbliğ olunurdu. Ola bilsin bu ona görə idi ki, o dövrdə SSRİ-dən yeni ayrılmışdıq və xarici müdaxilələr, mədəniyyətimizə qarşı təbliğatlar o qədər effektli deyildi. Məktəbimizdən hətta 8-9-cu sinifin oğlanları (mən 7-ci sinifdə oxuyarkən) könüllü olaraq Qarabağ döyüşlərinə qatılmaq üçün hərbi komissarlığa və səfərbərliyə nəzarət edən mərkəzə də getmişdilər. Bizim 13 yaşımız olanda 15-16 yaşlı oğlanların belə bir addım atması bizdə də şücaət yaradırdı. Sanki bizdə döyüşlərlə bağlı fikirləşir, söhbətlər edirdik. Bu yerdə oxucularımın marağına səbəb olan bir mətləbə işarə etmək istəyirəm. 15-16 yaşlı bizdən 2 sinif yuxarı oxuyan və Qarabağa getmək arzusu ilə hərbi komissarlığa və səfərbərliyə nəzarət edən mərkəzə gedənlər arasında hazırda 11 il həbs cəzası alan ilahiyyatçı, şəhid qardaşı Hacı Abgül Suleymanov da var idi. Bu cür təbliğatlar nəticəsində yeniyetmələrdə müharibəyə getməkdən qorxu aradan getmişdi.

Bunları yazmaqda məqsədim bizim Ordumuzda baş verən son ölüm hadisəsi və bu ürək yandıran hadisədən erməni xeyrinə istifadə edənləri tənqid etməkdir. 
İlk əvvəl əsgər Ceyhun Zaman oğlu Qubadovun vəfatı münasibətilə onun ailəsinə, yaxınlarına baş sağlığı verirəm. 
Burada mənim iradım bilməyərəkdən (bilərəkdən də istisna deyil) ermənilərin Azərbaycan xalqına qarşı əks-təbliğatına dəstək verənlərədir. Bu əsgər ölümü Milli Orduda ilk hadisə deyil. Lakin artıq cəmiyyətdə belə bir fikir formalaşdırmaq istəyirlər "sağ sağlam əsgər göndəririk, onun ya ölüsü, ya da xəstə bədəni bizə qayıdır”. Bu fikirlər açıq-aşkar erməni təbliğat və təşviqatına yardım etməkdir. İstər bilərəkdən olsun, istərsə də bilməyərəkdən. 
Bəli problem var, özüdə az yox. Bu məsələdə yuxarıdan aşağıya kimi bütün hərbi komandirlər cavabdehlik daşıyır. Başqa ölkələrdə olsa müdafiə naziri istefa verərdi. Bizdə isə görünür nazirimiz buna hazır deyil. 

Ordudakı problemləri mən birbaşa özüm görmüşəm. Qulluq etdiyim cəbhə bölgəsindəki "N” saylı hərbi hissədə tağım komandirinin müavini olarkən bizim tağıma xəstə əsgərlərin, hətta çəkisi 43-44 kq olan səlist danışa bilməyən əsgərlərin gəlməsini özüm gözlərimlə görmüşəm. Zabitlərin bəzisinin kobudluğunu, sanki "ağalıq” etməsinin şahidi olmuşam.
Lakin bu o demək deyil ki, biz vətənə qulluqdan və ya əsgərlikdən imtina etməliyik. 
Bəs nə etməli? Necə edək ki, sabah bizim yaxınlarımız bu cür cinayətlə üz-üzə gəlməsin və ya rus mirası olan "dedovşina”nın qurbanı olmasın? 
İlk növbədə orduda islahatlar aparılmalı, "təsadüfi” "kadr”lar vəzifədən azad edilməlidir. Daha sonra hərbi cinayətlərin cəzasını mənə elə gəlir ki, ağırlaşdırılmalıdır. Xüsusilə ölüm və döyülmə faktları olan cinayətlər olduqda. Bəli mən hərbi ekspert filan deyiləm. Ancaq orduda 2.6 ay qulluq etdiyim üçün bu mövzudan xəbərdar biriyəm. 
Xülasə bir şeyi unutmamalıyıq ki, Ordu bizim Ordumuzdur. Düzdü Ordu rəhbərliyini hökümət təyin edir. Ancaq bunu bilək ki, Ordu hökümətin yox xalqın Ordusudur. Buna görə də, Orduya qarşı təbliğatlar cəmiyyətdə mənfi tendensiya yaradır və gələcəkdə düşmənimiz olan ermənilərlə müharibə zamanı bizim öz əleyhimizə olacaqdır. Yuxarıda qeyd etdiyim kimi ordumuz əleyhinə təbliğatlar daxili və xarici ermənilərin istəyidir, buna görə də onların istəyinin həyata keçməsinə yardım etməməliyik. Biz vətənimizi ilk növbədə Allaha görə sevməli, ona xidmət etdiyimizə görə isə fəxr etməliyik. Necə ki, şəhid Mübariz İbrahimov Allaha xatir Vətən borcunu yerinə yetirdi. Bəyəm o Ordududakı problemləri, neqativ halları görmürdü? Bəli, kimsə və nəsə insanın vəzifəsini bilib əməl etməsinə mane ola bilməz. 

Ramin Bayramov
www.islamazeri.az
İnternet qəzetinin baş redaktoru
Category: Yazarlar | Views: 766 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 12:17
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012