Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 1 » ŞOK! ŞOK!
15:11
ŞOK! ŞOK!

Gülər Əhmədovanın da, Mətanət İsgəndərlinin də həyatı təhlükədədir

"Sevinc Babayevanın qətlinə görə məsuliyyət baş prokurorun və İstintaq Komissiyasının üzərindədir"

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev yeni məlumatlarla dolu məktub göndərib. Məktubu dərc edirik:

Çoxlarının həyatı təhlükədədir!

Hazırda Azərbaycanda açılmayan səs-küylü bütün cinayətlər "istintaq sirri” adı altında gizli saxlanılır. Sevinc Babayevanın qətlə yetirilməsinə görə məsuliyyət Azərbaycan Respublikasının baş prokuroru və Baş Prokurorluğun tabeliyində yaradılmış Müstəqil Istintaq Komissiyasının üzərindədir. 9 ildir ki, oğurlanan Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevlə bağlı cinayətin nə icraçılarını, nə də ki, sifarişçilərini Müstəqil Istintaq Komissiyası bu günə qədər cinayət məsuliyyətinə cəlb etməyib. Əksinə, zərərçəkmişin üstünə gedir ki, onu susdursun, əsas cinayətkarları gizlətsin.
Mənə məlumdur ki, Müstəqil Istintaq Komissiyasının normal fəaliyyətinə maneçilik törədənlər var və onlardan biri də Ramiz Mehdiyevdir. Əgər mənim - Elşad Abdullayevin MTN-in zabiti Mahir Abdullayevin oğurlanmasıyla bağlı son 9 ildə yazdığı yüzlərlə şikayətə vaxtında baxılsaydı, bu gün Sevinc Babayeva da dünyasını dəyişməzdi. Çünki mandat alveri də məhz Mahir Abdullayevin oğurlanmasıyla bağlı cinayətin davamıdır.
Mahir Abdullayev oğurlanana qədər də, ondan sonra da bir çox günahsız adamlar "aradan götürülüb”, adını da qoyublar "istintaq sirri” və bu haqda bütün məlumatları gizli saxlayıblar.

Qardaşımın qaytarılması üçün notarial qaydada pul vermişəm!

Araşdırmalar müəyyən edir ki, mən qardaşım Mahir Abdullayev oğurlandıqdan sonrakı 6 il ərzində Prezidentin Icra Aparatının rəhbəri Ramiz Mehdiyevə və surətləri də digər vəzifəli şəxslərə 100 şikayət məktubu yazmışam. Bu məktubların hamısında xahiş etmişəm ki, qardaşım Mahirin tapılıb geri qaytarılması üçün mənə yardım etsinlər. Məktublarda xahişim yalnız bu olub!
Lakin qardaşımın itkin düşməyinin 6 ili tamam olduqdan sonra mən Arzu Kazımovdan tələb etmişəm ki, ya vəd etdiyi kimi, Mahiri gətirib versin, ya da Mahirin geri qaytarılması üçün üçün müvafiq adamlara çatdırmaq adıyla məndən notarius qaydasında aldığı pulları geri qaytarsın. Arzu Kazımov da cavabında bildirdi ki, Mahirin qaytarılmasını istəyirəmsə, hələ iki orta məktəb də tikdirməliyəm ki, bu da 10 milyona başa gələcək. Mən bu məktəbləri tikdirib Ramiz Mehdiyevə təhvil verməliydim. Arzu beləcə də dedi ki, əks təqdirdə Mahiri görməyəcəksən...
Mən çıxılmaz durumda qaldığımdan, əvvəlki şikayətlərimdən fərqli olaraq, konkret adlar çəkməklə 25 yanvar 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevə şikayət etdim. O şikayətdə qardaşımın geri qaytarılması üçün məndən pul alan Arzu Kazımovla bağlı məsələ də öz əksini tapmışdı. Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkə bundan qəzəblənərək, "sirrin açılmasının səbəbkarı” kimi Daxili işlər nazirinin keçmiş müavini, general-laytenant Zahid Dünyamalıyevi gördülər. Çünki daxili işlər naziri Ramil Usubov vaxtilə Mahirin tapılmasıyla bağlı cinayətin araşdırılmasını Zahid Dünyamalıyevə tapşırmışdı.
2009-cu il avqustun 9-da daxili işlər naziri Ramil Usubovun iş otağına dəvət edildim. Nazirlə aramızda gərgin söhbət bir xeyli davam etdi. Son nəticə də bu oldu ki, ertəsi gün Zahid Dünyamalıyev dünyasını dəyişdi...
Daxili işlər naziri Ramil Usubov da Zahid Dünyamalıyevin ölümü ilə bağlı belə bir bəyanat verdi. Xəbəri olduğu kimi təqdim edirəm:
"Azərbaycan daxili işlər naziri Ramil Usubovun sabiq birinci müavini, polis generalı Zahid Dünyamalıyev vəfat edib. Səhhəti ağır olan Z.Dünyamalıyev avqustun 10-da Bakıda Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Z.Dünyamalıyev Hacı Məmmədov olaylarından sonra 2005-ci ilin martında təqaüdə göndərilmişdi. O zaman mətbuat bu iki hadisəni bir-biri ilə əlaqələndirirdi. Amma 2005-ci ildə sentyabr ayının 22-də Daxili Işlər Nazirliyinin inzibati binasında Daxili işlər naziri general-polkovnik Ramil Usubov Kütləvi Informasiya vasitələri üçün keçirdiyi mətbuat konfransında "Zahid Dünyamalıyev uzun illər rəhbər vəzifələrdə çalışan, yüksək professionallığa malik işçi idi. Son 11 ildə nazir olduğum dövrdə bir müavin kimi mənə çox yaxından kömək edirdi. Zahid Dünyamalıyev özü raport verərək bildirdi ki, narahatdır, mənəvi əzab çəkir ki, necə olub bunu görməyib. Yəni Zahid Dünyamalıyevin daxili işlər orqanlarından təqaüdə getməsi məhz bu səbəbdəndir. Amma o, ləyaqətli insan, general, rəhbər işçi kimi həmişə bizim sıralarımızdadır”.
Hazırda Baş Prokurorluğun tabeliyində fəaliyyət göstərən Müstəqil Istintaq Komissiyası cəmi bir neçə ay əvvəl yaradılsa da, istəsə, bu ölüm işini də araşdırıb gerçəyi üzə çıxara bilər. Bu günə qədər Qarabağda bir generalımız həlak olmayıb, amma siyasi və şəxsi məqsədlər üçün bir neçə generalımız qurban verilib. Konkret Zahid Dünyamalıyevə gəlincə, o, bildirirdi ki, pulu almısınız, Mahiri geri qaytarın!..
Bu gün həbsdə olan Arzu Kazımov sevinir ki, dəmir barmaqlıqlar arxasında olması onun yaşamaq qarantıdır. Arzu Kazımovun özü də aldığı pulun müqabilində Mahir Abdullayevin geri qaytarılmasını tələb edirdi. Ona görə də onu həbsə atdılar ki, bu sirrin üstü açılmasın.
Arzu Kazımov özünü IV idarənin əməkdaşı kimi təqdim edirdi. Özünə və ailə üzvlərinə məxsus bahalı onlarla minik avtomobilinin dövlət nömrə nişanlarında başlanğıc rəqəmlərin hamısının 006 olması da bunu deməyə əsas verir ki, o, sıradan bir şəxs olmayıb...
Bu günlərdə Rövşanə Əliyevanın azadlıqda qalması isə elə onun özünün həyatı üçün ciddi şəkildə təhlükəlidir.

Daha bir qardaşımı zəhərlədilər...

Indi söhbət açacağım başqa bir cinayət hadisəsi digər qardaşım, beynəlxalq hüquq üzrə elmlər namizədi Eldəniz Abdullayevin zəhərlənməsidir. 2008-ci ildə Eldəniz Abdullayev Ramiz Mehdiyevin qardaşı Mais Mehdiyev tərəfindən idarə olunan "Qurd qapısı” restoranına dəvət edilib, orada yeyib-içib. Sən demə, onun yeməyinə zəhərləyici dərman qatılıb və bu dərman da 12 saatdan sonra öz təsirini göstərib. Həmin gün Eldəniz Abdullayev evinə gəlib, qeyri-adi dərəcədə ailə üzvlərilə deyib-gülüb, səhər saat 9 radələrində yuxulu vəziyyətdə ağzı köpüklənərək, çapalamağa başlayıb. O zaman tibbi müdaxilələr, xüsusən də Türkiyədəki xəstəxanada göstərilən yardım və möcüzə nəticəsində o, həyatda qaldı. Buna baxmayaraq, danışıq qabiliyyətini itirdi, bədəninin sol tərəfi iflic oldu. Əmək qabiliyyətini itirən qardaşım Eldəniz hazırda I qrup əlildir.

Mətanət İsgəndərlinin sürücüsünün müəmmalı ölümü

Daha bir maraqlı məqamı qeyd etmək istəyirəm. Bu da müğənni Mətanət Isgəndərlinin sürücüsü, köməkçisi, eyni zamanda da bibisi oğlu olan Teymurla bağlıdır. Teymur da Mahirin oğurlanmasıyla bağlı önəmli şahidlərdən biri idi. Sağlam gənc olan Teymur da müəmmalı şəkildə dünyasını dəyişdi.
Qeyd etdiyim kimi, Teymur Mahirlə müğənni Mətanət Isgəndərli arasında olduqca vacib şahid idi. Çünki bir çox hadisələr məhz onun gözləri qarşısında baş vermişdi. Qardaşım Mahirə məxsus "Mercedes” markalı maşını da o, idarə edirdi. Həmin qarajda o saxlayırdı. Çünki Mahirin həmin "Mercedes”i Mətanət Isgəndərliyə xidmət edirdi. Mahirin oğurlanmasından sonra 47 gün həmin "Mercedes” Mətanət Isgəndərlinin qarajında gizlədilib.

Günahsız Teymur da gördüklərinin, bildiklərinin qurbanı oldu...

Hesab edirəm ki, müğənni Mətanət Isgəndərlinin özünün də həyatı təhlükədədir. Çünki zaman və məkan etibarilə Mahir Abdullayevin müğənni Mətanət Isgəndərlinin evindən oğurlanması birmənalıdır. Artıq bu hadisənin əsas şahidlərindən biri olan Teymuru aradan götürüblər. Amma Mətanət Isgəndərli qalır axı...
Onsuz da müğənni Mətanət Isgəndərli cinayəti bilə-bilə gizlətdiyinə, beləliklə də 9 ildir dövləti aldatdığına və yalan danışdığına görə gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq. Amma o, bu gün gəlib, Müstəqil Istintaq Komissiyasına baş vermiş cinayəti gördüyü kimi anlatsa, məsuliyyətdən kənarda qalmaq, ən əsası isə sağ qalmaq şansı var. Nəzərə almalıdır ki, sabah gec ola bilər, ona heç kim kömək edə bilməz...

Gülər Əhmədovanın özü də arzuolunmaz şahiddir!

Indi isə keçirəm Gülər Əhmədova ilə bağlı məsələyə. Keçmiş deputat Gülər Əhmədova həbsdə olmalıdır. Nə qədər ki, azadlıqdadır, Gülər Əhmədova da Sevinc Babayevanın aqibətilə üzləşməkdən sığortalanmayıb. Gülər Əhmədovanın "ağzımı açdırmayın” bəyanatının kökündə onun Mahir Abdullayevin oğurlaması məsələsini yaxşı bilməsi dayanır. Məlumdur ki, mafiya şahidləri sevmir və bir qayda olaraq, arzuolunmaz şahidləri aradan götürür. Bu gün keçmiş deputat Gülər Əhmədova da bir çoxları üçün arzuolunmaz şahiddir və bu mənada onun da həyatı təhlükədədir.
Məndə olan, lakin hələlik yaymadığım video-görüntülərdə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkənin başqa vasitəçiləri də var. Məsələn, onlardan Nüşabə, Şəmistan cütlüyünün adını çəkə bilərəm. Bu cütlükdən jurnalist Nüşabəni 2004-cü ildə sıradan çıxarıblar, indiyə qədər də harada olduğu haqda məlumat yoxdur.
Video-görüntülərin analizi təsdiq edir ki, adını çəkdiyim şəxs Prezident Ilham Əliyevin mühafizəçisi, general Bəylər Əyyubovun adından vasitəçilik edən Mirzəyeva Nüşabədir. Onun mənimlə apardığı danışıqların da xüsusi araşdırmaya ehtiyacı var.
Bir daha qeyd etmək istəyirəm ki, bu cinayətlərin üstünün indiyə qədər açılmamasının günahkarı Respublika Baş Prokurorluğu, eləcə də Müstəqil Istintaq Komissiyasıdır. Əgər adlarını çəkdiyim bu qurumlar Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkəyə havadarlıq etməsəydi, cinayətlərin üstünü açmaqda israrlı olsaydı, daha təhlükəli cinayətlər baş verməzdi!

Category: XƏBƏRLƏR | Views: 531 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Sunday, 24.11.2024, 00:12
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012