Cinsi azlıqlarla mübarizə aparan Malaziya Təhsil Nazirliyi valideynlərə xəbərdarlıq etmək üçün ölkə daxilində yeni kampaniya başladıb.
Nazirlik valideynləri övladlarının homeseksual olub-olmadığını müəyyən etmək üçün ayıq olmağa dəvət edib. Təhsil nazirliyindən verilən açıqlamada homeseksullığın xarekterik xüsusiyyətləri təsnif edilib. Nazirliyin verdiyi açıqlamda qısa qollu və "V" şəkilli köynək geyinən oğlanların homeseksual olmasının daha çox ehtimal edildiyi bildirilir: "Valideynlər diqqətli olun! Uşaqlarınız "V" şəkilli, qısa qollu köynək və ya açıq rəngli paltarlar geyinməyə üstünlük verirsə, onların homeseksul olmaq ehtimalı yüksəkdir".
Qeyd edək ki, Malaziyada homeseksuallığa olduqca pis baxılır. Bu, "təbiətə zidd" hal kimi qəbul olunur. |