Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 17 » ŞOK! Yeniyetmə oğlanların cinsi fəallıq dövrü təhlükədə
11:52
ŞOK! Yeniyetmə oğlanların cinsi fəallıq dövrü təhlükədə

Bu dövrü hərbi xidmətdə keçirən gənclərin qorunması ilə bağlı qanun hazırlanacaq

Azərbaycanda kişilərin reproduktiv sağlamlığı ilə bağlı qanunvericiliyə yenidən baxılacaq. Bununla bağlı "Reproduktiv sağlamlığın qorunması haqqında” qanuna da müəyyən məsələlərin daxil ediləcəyi gözlənilir.

Bu barədə Milli Məclisin deputatlarından biri məlumat verib. Adının çəkilməsini istəməyən həmin deputatın bildirdiyinə görə, profilaktiki tədbirlər, xüsusən də kişilərin reproduktiv sağlamlığının qorunması ilə bağlı məsələlər gücləndiriləcək: "Biz qızlara müəyyən qədər önəm veririk, amma oğlanlar kənarda qalır. Nəzərə almaq lazımdır ki, oğlanlar cinsi aktivlik dövrünü, adətən hərbi xidmət müddətində keçirirlər. Əsgərlikdə isə müəyyən gigiyenik qaydaların, hava rejiminin qorunmaması, müəyyən şərtlərə əməl olunmaması sonradan müəyyən cinsi problemlərə gətirib çıxarır. Başqa ölkələrin təcrübəsində də var, biz də bu məsələni qanuna salacağıq ki, əsgərlik müddətində oğlanlar həkim nəzarətində olsunlar, daha doğrusu, həkim nəzarəti güclü olsun. Bu sahədə çox ciddi narahatlıqlarımız var”.

Deyilənlərlə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, ixtisasca həkim olan İlham Məmmədov da razılaşıb: "Mən bir həkim kimi deyilənlərlə razılaşa bilərəm. Ona görə ki, uşaqların gigiyenik prosedurlara əməl etməsi üçün onların bu sahədə biliyi olmalıdır. Məsələn, qida gigiyenası üçün qidalanmaya fikir vermək lazımdır. Sağlamlıq üçün əllərin yuyulması vacibdir. Cinsi sağlamlıq üçün isə cinsi gigiyena qaydalarını bilmək önəmlidir. Buna görə də hər şeyi açıq danışmaq lazımdır. Elə reproduktiv sağlamlıqla bağlı qanun layihəsinin fəlsəfəsində dayanan əsas məqamlardan biri də budur. Əlbəttə, burada söhbət təkcə qadınlardan getmir. Kişilərin, oğlanların nəsil artıra bilməsi üçün onların sağlamlığının qeydinə vaxtında qalmaq lazımdır. Bunun üçün də ilk növbədə maarifləndirməyə ehtiyac var”.

Deputat bildirib ki, bu gün SPİD, narkomaniya və digər bu kimi ağır xəstəliklərdən qorunmağa ciddi ehtiyac duyulur: "Biz də övladlarımızı bu sahədə maarifləndirməliyik. Bu cür ağır xəstəliklər məhz cinsi yolla yayılır. O zaman nəsil artırmaq imkanları azalır. Həqiqətən də, oğlanların cinsi fəallıq dövrü 17 yaşa təsadüf edir ki, bu da hərbi xidmət dövrünə düşür. Ona görə də oğlanların bu yaşda qorunması vacibdir: "Çünki onlar səhvə yol verə, əsrin bəlasına çevrilən SPİD-ə və başqa ağır xəstəliklərə yoluxa bilərlər. Bunun da nəticəsi nəsil artırmaq imkanının aşağı düşməsi və cəmiyyətin sosial dayağı olan ailə qurmağın getdikcə tənəzzülə uğramasıdır”.

Category: XƏBƏRLƏR | Views: 524 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 10:50
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012