Paytaxt Dəməşqdə qar yağıb Suriyanın paytaxtı Dəməşqdə nadir hallarda müşahidə edilən qar yağıb. Qısa vaxt ərzində şəhəri ağ örpəyə bürüyən qar sürücülərin işini çətinləşidirib, uzaqdan görmə dərəcəsini aşağı salıb. Bu gün səhər başlayan qar artıq dayansa da, sinoptiklər axşam yenidən qar yağacağını proqnozlaşdırıblar.
Qeyd edək ki, digər Yaxın Şərq ölkələrində olduğu kimi, Suriyada da sakinlər qışın sərt, lakin qarsız keçməyinə vərdiş ediblər
|