Taliban qətlə yetirmək istədiyi 14 yaşlı pakistanlı Məlal Yusufzay müalicə olunduğu İngiltərənin Birmingem şəhərindəki xəstəxanadan çıxıb.
Məlumata görə, o, keçən il oktyabrın ortalarından həmin xəstəxanada müalicə olunurdu.
Bu yeniyetmə qız ölkəsində savadsızlığa qarşı mübarizə apardığı üçün taliban tərəfindən silahlı basqına məruz qalıb. Ötən ilin payızında taliban üzvləri onu başından güllələmişdi.
Onların bu hərəkəti Pakistan, eləcə də dünyada kəskin etirazla qarşılanmışdı.