Main » 2013»January»5 » Tatar mücahidlərinin əmiri Rusiyaya müharibə elan etdi! - VİDEO
11:53
Tatar mücahidlərinin əmiri Rusiyaya müharibə elan etdi! - VİDEO
Radikal islamçı qrupların getdikcə gücləndiyi Rusiyanın Ural bölgəsində, tatar və başqırdlardan ibarət silahlı birləşmələrin rəhbəri Abdullanın internetdə video-müraciəti yayımlanıb.
Videoçarxda üzü bağlı, özünü Abdullah kimi qələmə verən bir nəfər Rusiya hakimiyyətinə qarşı Ural Federal dairəsi ərazsində yeni müharibə taktikası seçdiklərini bildirib.
Azeri-Xeber.ucoz.com-un Azglobus.net saytına isitinadən verdiyi xəbərə görə, Abdullah Rusiya hakimiyyət orqanlarına qarşı partizan müharibəsinə başlanılmasına fitva verdiyini bəyan edib.
Abdullah tatar mücahidlərinin Rusiya hakimiyyətinin regionlardakı strukturlarına 10-20 nəfərdən ibarət kiçik, mobil və yaxşı silahlanmış qruplar tərəfindən hücumlar planlandığını vurğulayıb.
Abdullahın bəyanatları Kremlin böyük narahatlığına səbəb olub. Belə ki, Abdullah Rusiya qazını və neftini Avropaya çıxaran kəmərlərin hədəfdə olduğunu vurğulayıb.
Sıralarında İslamı qəbul etmiş ruslarında çoxluq təşkil etdiyini söyləyən tatar mücahidlərinin lideri, müraciətinin sonunda Qafqaz mücahidləri və şəxsən Doku Umarovu salamlayıb.