35 yaşlı şəxs anasını dəhşətli şəkildə qətlə yetirib.
Türkiyənin Konya şəhərində baş verib. 35 yaşlı Mustafa Dönərtaş 56 yaşlı anası Həvva Dönərtaşla mübahisə edib. Mübahisə tükürpədən qətllə nəticələnib. O, qadını sürüyərək hamama aparıb. Burada əvvəlcə anasını boğub. Daha sonra gözünü qan örtən oğul anasının başını kəsib.
Qonşular səs-küydən şübhələnərək polisə xəbər veriblər. Bir müddət sonra hadisə yerinə gələn polis qapını sındıraraq evə daxil olub. Bu zaman 35 yaşlı Mustafa Dönərtaş əlində bıçaq anasının cəsədinin yanında tapılıb. Oğlu tərəfində boğulan və başı kəsilən Həvva Dönərtaşın cəsədi ekspertiziya göndərilib. Həbs edilən Mustafa Dəmirtaşın psixikasında problemlər olduğu güman olunur. Faktla bağlı araşdırma aparılır.