Main » 2013»January»24 » Türk və kürd millət vəkilləri dalaşdı (VİDEO FOTO)
09:50
Türk və kürd millət vəkilləri dalaşdı (VİDEO FOTO)
Dava cinayət məcələsindəki bəzi maddələrin müzakirəsi vaxtı baş verib
Türkiyə Böyük Millət Məclisində (TBMM) cinayət məcələsindəki bəzi maddələrin müzakirəsi vaxtı millət vəkilləri arasında qarşıdurma baş verib. Yerli mətbuatın yaydığı məlumata görə, TBMM-nin plenar iclasında ana ildə müdafiə hüququ və məhkumların həyat yoldaşları ilə xüsusi görüşünü təmin edən qanun layihəsinin müzakirəsində Milliyyətçi Hərəkat Partiyasından (MHP) Oqtay Vural etirazla çıxış edib. MHP millət vəkili Vural bunun Osloda əldə edilən razılaşma və terror təşkilatının təzyiqləri nəticəsində gündəmə gətirildiyini iddia edib və bu təzyiqlərə əsla boyun əyməyəcəklərini deyib.
Bu vaxt MHP-li və BDP-li (PKK terror təşkilatının siyasi cinahı Barış və Demokratiya Partiyası) millət vəkilləri arasında sözlü sataşmalar başlayıb.
AKP (Hakim Ədalət və İnkişaf partiyası) millət vəkili və sədr müavini Əhməd Aydın müzakirə olunan qanun layihəsinin konstitusiyaya zid olmadığını bildirib.
Daha sonra BDP sədr müavini İdris Balukenle MHP millət vəkili Oqtay Öztürk arasında mübahisə baş verib. Balukenin Öztürkə hücum etməsi ilə vitse-spiker Sadiq Yaqut iclasa fasilə verib.
Balukenlə Öztürkü digər millət vəkilləri ayırmağa çalışdığı bir vaxtda isə MHP Aana millət vəkili Seyfəddin Yılmaz AKP sədr müavini Əhməd Aydına hücum edib.
Qeyd edək ki, qanun layihəsi barədə müzakirələrin davam etdiyi bildirilir.