Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 9 » Türkiyədən Bakıya gələn təyyarələr bir saatdan çox gecikiblər
10:22
Türkiyədən Bakıya gələn təyyarələr bir saatdan çox gecikiblər

Bu gecə Türkiyədən Bakıya gələn təyyarələr mənzil başına bir saatdan çox gecikmə ilə çatıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən xəbərə görə, AZAL şirkətinə məxsus 090 nömrəli İstanbul-Bakı/Sabiha Gökçen aviareysi yerli vaxtla gecə saat 1:40-da eniş etməli idi, lakin 2:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına çatıb.

Bundan əlavə, Türk Hava Yollarına məxsus 336 nömrəli təyyarə isə yerli vaxtla saat 3:15-də enməli olduğu halda, bu, 4:55-də baş tutub. Həmçinin AZAL şirkətinə məxsus 078 nömrəli İstanbul-Bakı (Atatürk Hava Limanı) aviareysi ilə hərəkət edən təyyarə yerli vaxtla saat 3:30-da, Türk Hava Yollarına məxsus 338 nömrəli təyyarə isə saat 5:55-də gəlməli idi. Lakin hava nəqliyyat vasitələri müvafiq olaraq səhər saat 6:00-da və 7:05-də mənzil başına çatıblar.

AZAL-dan bildirilib ki, gecikmələrin səbəbi son günlər Türkiyədə hökm sürən qarlı və şaxtalı hava şəraiti ilə bağlıdır.

Category: XƏBƏRLƏR | Views: 453 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 04:08
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012