Onun dəm qazından zəhərləndiyi bildirilir Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Engin Erkman Yıldızeli Bakıda dəm qazından zəhərlənərək ölüb. Azeri-Xeber.ucoz.com Haberler.com saytına istinadən verdiyi məlumata görə, 44 yaşlı Engin Yıldızelinin meyidi yaşadığı evdə tapılıb.
Kapitan rütbəsi daşıyan, təqaüddə olan Engin Yıldızelinin cənazəsi Balıkəsirdə hərbi mərasimlə torpağa tapşırılıb.
|