Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 8 yaşlı məktəbli qıza müsahibə verib.
"Anadolu” agentliyinə istinadla verilən xəbərə görə, 2-ci sinif şagirdi Hale Tuan Hançerkıranla Türkiyə Böyük Millət Məclisindəki (TBMM) otağında görüşən Ərdoğan məktəb layihəsi üçün ondan müsahibə alan balaca qızın suallarını cavablandırıb.
Müsahibədən sonra Ərdoğan balaca jurnalistə gəlincik hədiyyə edib.