Türkmənistanda 2013-cü il üçün sürücülərə verilən benzin və dizel yanacağının talonlarının paylanılmasına başlanılıb.
Türkmənistan prezidentinin əhaliyə yardım proqramı çərçivəsində artıq beşinci ildir ki, nəqliyyat vasitəsi sahiblərinə pulsuz yanacaq verilir.
Çəkisi 3,5 tona qədər olan, sərnişin yerlərinin sayı 8-dən çox olmayan avtomobillərin sahiblərinə ayda 120 litr və ya ildə 2400 litr benzin verilir. Motosiklet sahiblərinə isə ayda 40 litr benzin verilir.
Bundan başqa, prezidentin proqramına əsasən, 2030-cu ilə qədər əhaliyə pulsuz təbii qaz, elektrik enerjisi və içməli su verilir.
|