Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 3 » Tütün fabrikinin ruhları
11:22
Tütün fabrikinin ruhları
Artıq neçə ildir ki, Kazan tütün fabrikinin yerləşdiyi binanın ətrafında sirli şaiyələr və əfsanələr gəzir. Əvəllər fabrikdə çalışmış insanlar və yerli əhali danışır ki, binada çoxlu xəyalətlər və ruhlar var. Gecə növbəsinə düşmüş bir çox işçi növbəsindən müxtəlif bəhanələrlə imtina etməyə başladı. Fabrikin işçiləri iddia edirlər ki, gecələr binada qeyri-adi fövqəladə hadisələr baş verir.

İşdən sonra binanın boşalmış dəhlizlərində və otaqlarında addım səsləri eşidilir. Bəzən uzun, işıqlı geyimlərdə yarışəffaf siluetlər sürünür. Gecə növbəsinə qalanlar danışırlar ki, onlar dəfələrlə ruhların yaxınlığını hiss ediblər. Məlum olub ki, bu hadisələrin əsası keçmişə gedib çıxır. Kazan fabrikinin yerləşdiyi yer qədim dövrlərdə müqəddəs hesab olunurmuş. 1579-cu ildə dəhşətli yanğından sonra bu yerdə Müqəddəs Məryəmin ikonası tapılıbmış. İkonanın tapıldığı yeri isə yerli oxatan Daniel Onuçinin 9 yaşlı qızı Matrona yuxusunda görübmüş .O öz yuxusunu anasına danışıb və onlar birlikdə Müqəddəs Məryəmin göstərdiyi yerdə ikonanı tapırlar. Elə buradaca Məryəm qadın monastrının əsası qoyulur. 1929-cu ildə monastrı bağlayırlar. Yüzlərlə kahin binanı tərk etmir və yavaş-yavaş itirlər. Hesab edilir ki, onların bəziləri sürgün edilib, bəziləri isə binanın zirzəmisində güllələnib. Sonra isə zirzəmi partladılıb. 1942-ci ildə ərazi Leninqraddan evakuasiya edilmiş tütün fabrikinə verilir. 2000-ci ildə qazıntılar zamanı tütün fabrikinin həyətində dəhşətli şeylər tapılır. Məlum olub ki, bina sözün əsl mənasında insan sümükləri üzərində tikilib. Güman edilir ki, monastr qəbirstanlığından əlavə burada bir vaxtlar Yemelyan Puqaçovun edam etdiyi insanların da sümükləri yerləşir.
Category: XƏBƏRLƏR | Views: 477 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 01:26
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012