"Habertürk” qəzeti Ərdoğanın "1 övlad iflas, 2 övlad iflas, 3 övlad yerində addımlamaqdır” – sözlərini şərh edib
Türkiyə nazirlər kabinetində 25 nazirin ümumi 83 uşağı var. Nazirlər arasında 6 övlad sahibi olan da var, heç övladı olmayan da. Baş nazir R.T.Ərdoğanın "1 övlad iflas, 2 övlad iflas, 3 övlad ancaq yerində addımlamaqdır” – sözlərini "Habertürk” qəzetinin əməkdaşı şərh edib. Bildirilir ki, orta hesabla kabinetdə nazir başına 3.19 övlad düşür və nazirlər kabineti Ərdoğanın "iflas” meyarına ilişməyib.
Daxili işlər naziri İdris Naim Şahin 6 övlad, səhiyyə naziri Rəcəb Akdağ 6 övlad.
Ekologiya və şəhərsalma naziri Ərdoğan Bayarqdar 5 övlad.
Baş nazir Rəcəb Tayyib Ərdoğan 4 övlad, ədliyyə naziri Sədullah Ergin 4 övlad, əmək əv sosial müdafiə naziri Faruk Çelik 4 övlad, elm sənayesi və texnika naziri Nihat Ergin 4 övlad, xarici işlər naziri Əhməd Davudoğlu 4 övlad, enerji və təbii sərvətlər naziri Taner Yıldız 4 övlad, meşə və su təsərrüfatı naziri Veysəl Əroğlu 4 övlad.
Baş nazirin müavini Əli Babacan 3 övlad, baş nazirin müavini Bəşir Atalay 3 övlad, baş nazirin müavini Bəkir Bozdağ 3 övlad, gənclik və idman naziri Suat Kılıç 3 övlad, ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Eker 3 övlad, təhsil naziri Ömər Dinçer 3 övlad, müdafiə naziri İsmət Yılmaz 3 övlad, nəqliyyat dənizçilik və informasiya naziri Binali Yıldırım 3 övlad.
Baş nazirin müavini Bülənd Arınc 2 övlad, ailə və sosial siyasət naziri Fatma Şahin 2 övlad, Avropa Birliyi naziri Egemen Bağış 2 övlad, iqtisadiyyat naziri Zəfər Çağlayan 2 övlad, kömrük və ticarət naziri Həyati Yazıçı 2 övlad, mədəniyyət naziri Ərtuğrul Günay 2 övlad, inkişaf naziri Cövdət Yılmaz 2 övlad.
Qeyd edək ki, nazirlər kabinetində 1 övladı olan nazir yoxdur. Heç övladı olmayan nazir isə maliyyə naziri Mehmet Şimşekdir.
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dəfələrlə çıxışlarında və xalqa müraciətində ölkə əhalisinə ən azı 3 övlad sahibi olmağı məsləhət görüb.