Vergilər Nazirliyi öz əməkdaşlarının etik davranış qaydalarına əməl etmələrinə, vergi ödəyicilərinin və vətəndaşların bu məsələ ilə bağlı müraciətlərinin araşdırılmasına xüsusi diqqət yetirir. Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, 2012-ci il ərzində Vergilər Nazirliyinə "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozulması ilə əlaqədar cəmi 38 şikayət daxil olub. Aparılmış müvafiq araşdırmaların nəticəsi olaraq, "Vergi işçisinin etik davranış kodeksi"nin tələblərinin pozmuş 8 əməkdaşın vergi orqanlarında xidmətinə xitam verilib, 1 əməkdaş aşağı vəzifəyə keçirilib, 6 əməkdaşa töhmət verilib, 2 əməkdaşa xəbərdarlıq elan edilib.
2012-ci il ərzində bu sahədə bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə vergi xidməti əməkdaşları korrupsiyaya qarşı mübarizə, etik davranış, maraqların toqquşması və məlumat azadlığı məsələləri mövzusunda treninqlərə cəlb edilib.
|