Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 4 » Yanvarın sonuna yaxın ehtiyatlı olun!
14:25
Yanvarın sonuna yaxın ehtiyatlı olun!
Həkimlər yanvarın sonuna kəskin respirator virus infeksiyasının yayılacağını güman edir

  Həkimlər yanvarın sonuna kəskin respirator virus infeksiyasının yayılacağını güman edirlər. Ona görə də immunitetinizi indidən möhkəmlətməyə başlayın. Hətta siz yayda bədəninizi möhkəmləndirməmisinizsə və idmanı sevmirsinizsə belə, bəzi yeməklərin hesabına siz soyuqdəymədən yaxa qurtara bilərsiniz.


 1. Adi su
 Ən sadə və ucuz «dərmandır». Maddələr mübadiləsini gücləndirir, orqanizmdəki hər cür toksinləri əridərək kənara çıxarır. Ona görə də çoxlu su içməyi unutmayın. Hətta isti çay və qəhvə istəyəndə, belə suyu unutmayın. Çünki kofeinli içkilər susuzluq yaradır. Ona görə də hər 100 q çayın üstündən əlavə 150 q su için.

 2. Qripin profilaktikası üçün çaylar
 Onlar müxtəlif cür ola bilərlər - başınağacı, moruq, qarağat, limon, bal və zəncəfilli çaylar için. Zəncəfil çayını belə hazırlayın: bir stəkan üçün 1 çay qaşığı zəncəfil götürün, üzərinə qaynar su tökün və ağzını örtün, əldə edilmiş çaya limon və bal əlavə edin.

 3. Təbii arı balı
 İmmuniteti düzəltmək üçün ən yaxşı məhsullardandır. Çayla və limonla əla uyğunlaşır. Amma balı qaynar suya tökmək olmaz, çünki tərkibindəki aktiv maddələr xüsusiyyətlərini itirir. Balı həm də alma və kəsmiklə də yemək olar.

 4. «Canlı yoğurtlar», qatıq-süd məhsulları
 Lakto və bifidobakteriyalı bioyoğurtlar yalnız daimi çəkini qorumaqla yanaşı deyil, həm də mədə-bağırsaq traktının sağlamlığına və güclü immun sisteminin olmasına yardım edir. Amerika və Avropa alimlərinin son araşdırmaları göstərir ki, probiotiklər uşaqlarda qrip simptomlarını: temperaturu, öskürəyi və burun axmasının qarşısını alır.

 5. Yarmalar
 Bu əla vitamin və mikroelement mənbəyidir, xüsusilə sink və selenlə zəngindir. Ekspertlər iddia edir ki, qidada sellülözu çox olan taxıl məhsullarının istifadəsi orqanizmin müqavimətini artırır. Bunlar yulaf, arpa və qarabaşaq yarmalarıdır.

 6. Meyvə və tərəvəz
 Qriplə effektiv mübarizə üçün həkimlər tərkibində vitaminlər, minerallar, sellülöz və fitonutrientlər bol olan meyvə və tərəvəzləri yeməyi məsləhət görür. Burada şəksiz lider sitrus bitkiləri, limon, mandarin və portağaldır. Pomidor, nar, qreypfrut, həmçinin qırmızı kələm və quşüzümü immuniteti gücləndirir. Kök və balqabaq da beta-karotin, alfa-karotin, lütein, kversetin kimi elementlərin hesabına immuniteti gücləndirir.

 7. Kələm turşusu
 Askorbin turşusunun ən ucuz və geniş yayılmış mənbəyidir. Günəbaxan yağı, göy və baş soğanla birlikdə güclü vitamin toplusudur.

 8. Sarımsaq
 İmmunitetin bu iyli «dostu»nun tərkibində təbii antibiotik allisin var. Bir sıra tədqiqatlara görə, qripdən və soyuqdəymədən sonrakı fəsadların qarşısın alır.

 9. Mal əti
 Yaxşı zülal, dəmir, sink və selen mənbəyidir ki, bunlar orqanizmə istənilən xəstəliyə qalib gəlməkdə yardım edir.

 10. Toyuq bulyonu
 Qandakı ağ cisimlərin infeksiya əleyhinə funksiyalarını artırır. Onun tərkibində demək olar ki, infeksiyanın yayılmasının qarşısını alan bütün amin turşuları var.
Category: XƏBƏRLƏR | Views: 479 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Monday, 29.04.2024, 03:08
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012