Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 16 » Zəngilana suriyalı ermənilər yerləşdirilir - FOTO
16:03
Zəngilana suriyalı ermənilər yerləşdirilir - FOTO


Qaçqınlar üçün azərbaycanlıların evləri bərpa olunur, ərzaq yardımı edilir, torpaq sahəsi verilir; ancaq İrəvandakı ekspertə görə, Suriya erməniləri də livanlılar kimi tezliklə Qarabağı tərk etmək zorunda qalacaqlar, çünki...

İşğal altındakı ərazilərimizdə erməni tərəfinin apardığı süni məskunlaşdırma siyasəti təkcə Azərbaycanın diqqət mərkəzində deyil. Vesti.az-ın xəbərinə görə, Müharibə və Sülh İnstitutunun son məqalələrindən biri məhz Qarabağda suriyalı ermənilərin yerləşdirilməsinə həsr olunub.

"Qarabağ Suriya ermənilərinə yeni ev təklif edir” sərlövhəli məqalədə Suriyadakı hərbi münaqişə ucbatından bu ölkəni tərk edən bir çox ermənilərin bölgəyə üz tutmasının qondarma "DQR” rəhbərliyi tərəfindən alqışlandığı və Qarabağda məskunlaşdırıldığı bildirilir. Məskunlaşma üzrə ”Kaşatan rayon hökuməti"nin rəhbəri Robert Matevosyan deyir ki, Suriyada vətəndaş müharibəsi başlayan gündən indiyədək Qarabağda 25 erməni ailəsi yerləşdirilib: "Artıq Zəngilana köçən erməni ailələrinin öz evləri, mənzilləri var. Laçına yerləşənlər isə hazırda mehmanxanada qalırlar və onlardan pul alınmır”. (http://iwpr.net/report-news/karabakh-offers-new-home-syrian-armenians). Rəsmi Bakı isə bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirir. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin sözlərinə görə, Bakı BMT-ni, ATƏT-i Ermənistan ilk dəfə deyil ki, Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılma siyasəti aparması barədə məlumatlandırıb. "Bu, sülh prosesini pozmağa yönəlik təxribatdır”, - bildirir Abdullayev".

"Separatçı rejimin ”rəsmi şəxsləri" isə öz sıralarının artmasına sevinirlər", - məqalədə ardınca bildirilir. "Müharibədən sonra boş alan evlər təzə gələnlər üçün təmir edilir. Matevosyan daha sonra deyir ki, qaçqınlara iş və torpaq sahələri verilir, ərzaq yardımı edilir. Onun sözlərinə görə, daha 10 ailə regionda yerləşmək üçün departamentə müraciət edib. Biz bizə müraciət edən istənilən kəsi qəbul eləməyə hazırıq. Yerli əhali problemi başa düşür və etiraz eləmirlər. Onlar Suriyadan gələn dostlara hayan olmağa hazırdılar". Köçkünlərdən biri də Vardan Poqosyandır. O, Laçın rayonuna öz arvadı Lusvard və bir yaşlı qızı ilə təşrif buyurub. Hazırda "Krabax Telekom” kampaniyasında, arvadı isə mehmanxanada işləyir. İndi onlara qardaşı da qoşulub. "Mən o dəqiqə Qarabağı seçdim. Mən Ermənistanda yaşamaq istəmədim. Bura daha sakitdir. Ermənistanda 15 gün oldum, sonra Suriyaya qayıtdım, sonra qərar gəldim ki, Qarabağda məskunlaşım” - deyir Poqosyan. Azərbaycanda isə bunu Qarabağ məsələsinin tormozlanması və azərbaycanlı köçkünlərin öz yurd yerlərinə mümkün qayıtmasını əngəlləmək üçün hiylə hesab edirlər. Elman Abdullayev: "Qarabağ Azərbaycan ərazisidir. Bu, yolverilməzdir ki, orada suriyalı ermənilər rəsmi Bakının razılığı olmadan məskunlaşdırılır. Bu, beynəlxalq hüququn və Dağlıq Qarabağdan qovulan azərbaycanlıların hüququnun pozulması deməkdir. Dünya birliyinin bu məsələdə susmağı da təəssüf doğurur”".

Məqalənin sonunda bildirilir ki, Dağlıq Qarabağda və Ermənistandakı humanitar təşkilatlar yeni gələnlərə kömək eləməkdə davam edirlər: "Onlardan üçü suriyalı qaçqınlar üçün köhnə evləri bərpa eləməyi planlaşdırır". Ancaq İrəvandakı Regional Təhqiqat Mərkəzinin direktoru Riçard Kirakosyan bu nikbinliyi bölüşmür. Onun sözlərinə görə, indiyədək Livandan olan ermənilər də Qarabağda yaşayıb. Ancaq onlar bezərək geri qayıtmalı oldular. O həmçinin ”DQR hökuməti"nin suriyalı ermənilərə kömək eləmək üçün imkan və resurslarının olmadığını söyləyir. "Situasiya burda stabil deyil, çünki bölgə üzərində daim müharibə təhlükəsi var”, - deyə o əlavə edir.


Category: XƏBƏRLƏR | Views: 584 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 23.11.2024, 14:03
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012