Ərəbcə danışılan videoda, stolda əyləşən bir kişi uşaqları bir-bir yanına çağırır, dəftərlərini yoxladıqdan sonra onların xətkeşlə əllərinə vurur.
Qorxu içində gözləyən, yaşları 5 və 7 arasında dəyişən uşaqların arxasına, hətta başlarına belə zərbə vurur. Göz yaşları tökən uşaqları, dəftərləri yoxlayaraq vurmaqda davam edir. Yanına gələn bir uşağın saçından tutaraq əlində xətkeş ilə arxasına və daha sonra başına vurması etdiyi əzabın şiddətini göstərir.
Azeri-Xeber saytı bununla bağlı videonu təqdim edir:
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini Səbinə Xəlifəliyeva tutulub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, S.Xəlifəliyva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev daha bir video-lent yayıb. Lent.az-ın məlumatına görə, videoda Elşad Abdullayev və onun qardaşı Eldəniz Abdullayevin Rövşanə Əliyeva adlı qadınla dialoqu yer alır. "Azadlıq” qəzetinə göndərilmiş görüntülər bir müddət əvvəl yayılmış videonun davamı kimi təqdim olunur və Rövşanə Əliyeva adlı qadın video-lentin ilk 15 dəqiqəsində Arzu Kazımov olduğu bildirilən şəxslə telefon danışığı aparır. Telefon danışığı Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılması və ABU rektorunun Zahid Dünyamalıyevin (daxili işlər nazirinin keçmiş müavini) qəbuluna düşməsi müzakirə olunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul qaydalarında bəzi dəyişikliklər edib.
APA-nın xəbərinə görə, bu barədə TQDK-nın magistratura şöbəsinin müdiri Natiq Əliyev deyib. O bildirib ki, əvvəlki illərdə imtahanda məntiqi təfəkkür üzrə test blokuna həm çoxseçimli, həm də açıq tipli test tapşırıqla
... Ardını oxu »
Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları ölkənin işğal altındakı bölgələri də daxil olmaqla bütün hava sahəsini nəzarətdə saxlayır.
Bu barədə APA-ya eksklüziv açıqlamasında Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının adının çəkilməsini istəməyən yüksək rütbəli əməkdaşı məlumat verib.