Tokio Tibb İnstitutunun mütəxəssisləri "T" toxuması yarada biliblər. Milli.Az Rusiya mətbuatına istindən xəbər verir ki, bu toxuma gələcəkdə xərçəng və QİÇS xəstələrinin müalicəsində istifadə olunacaq.
"Habertürk” qəzeti Ərdoğanın "1 övlad iflas, 2 övlad iflas, 3 övlad yerində addımlamaqdır” – sözlərini şərh edib
Türkiyə nazirlər kabinetində 25 nazirin ümumi 83 uşağı var. Nazirlər arasında 6 övlad sahibi olan da var, heç övladı olmayan da. Baş nazir R.T.Ərdoğanın "1 övlad iflas, 2 övlad iflas, 3 övlad ancaq yerində addımlamaqdır” – sözlərini "Habertürk” qəzetinin əməkdaşı şərh edib. Bildirilir ki, orta hesabla kabinetdə nazir başına 3.19 övlad düşür və nazirlər kabineti Ərdoğanın "iflas” meyarına ilişməyib.... Ardını oxu »
Yezidi lideri xalqının ermənilərdən öyrənməli çox şeyi olduğunu deyib
"İndi yezidilər ermənilərlə daha çox birləşməlidir”. Bunu "news.am” saytına müsahibəsində yezidi icmasının sədri Əziz Tamoyan deyib. Ermənistanda 60 000 yezidi yaşadığını deyən Tamoyan ölkədə yezidilərin təhs
... Ardını oxu »
Rəsmi Lefkoşa baş verənlərə görə Misirdən üzr istəyib
Misirin Cənubi Kiprdəki (yunan Kipri) səfiri Mənha Məhrus Baxum üstündə axtarış aparmaq istəyən polisi sillələyib. Hava limanında meydana gəlmiş hadisədən sonra Cənubi Kipr Xarici İşlər Nazirliyi baş verənlərə görə xanım səfirdən üzr istəyib. Məlumata görə, M.M.Baxum daha sonra hava limanının VİP qapısından keçərək ölkəsinə gedib.... Ardını oxu »
Qarşıdurmalar zamanı bir neçə polisin xəsarət aldığı bildirilir.
Şimali İrlandiyanın paytaxtı Belfastda şəhər şurasının binası qarşısında Britaniya bayrağına qarşı qoyulan məhdudiyyətlərlə bağlı etirazlar artıq 3 gündür ki, davam edir.
Rayon Polis İdarəsindən verilən məlumata görə, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 12-də yaşayan Natiq Qocayevin ailəsi 2012-ci ilin son günü heç vaxt unutmayacağı hadisə yaşayıb. Gecə saatlarında maskalı şəxslər onun evinə basqın ediblər. Maskalılar onun qoca atası Həsən Qocayevi ağır yaralayıb evi qarət ediblər.
"Azərsu” ASC Bakının bəzi ərazilərində suyun verilməsi ilə bağlı məhdudiyyətin tətbiq ediləcəyini bildirir.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində magistral su xətlərində təmir işləri aparılır. Bununla əlaqədar 5 yanvar 2013-cü il tarixində Bakıxanov qəsəbəsinin içməli su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.