88 yaşlı eks-prezidentin hərarəti düşmür
Bir aydan çoxdur Amerikanın Hyuston şəhərindəki xəstəxanada olan ABŞ-ın eks-perzidenti Corc Buşun (ata) səhhəti pisləşib. Azeri-Xeber.ucoz.com İTAR-TASS-a istinadən xəbər verir ki, keçmiş prezidentin nümayəndəsi Cim Makqresin sözlərinə görə, 88 yaşlı Corc Buşun temperaturu bir neçə gündür yüksəkdir və həkimlər bunun səbəbini tapmaqda çətinlik çəkirlər.