Qəzaya məruz qalan maşınların sürücüləri söhbət edərkən başqa avtomobil onları vurub
Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bakı-Sumqayıt yolunun 9-cu kilometrliyində baş dövlət yol polisi idarəsinin ekoloji nəzarət postunun yaxınlığında qeydə alınıb. Siyəzən rayon sakini 46 yaşlı Qasımov Rüstəm İmran oğlu idarə etdiyi ağır tonnajlı yük maşını ilə qarşıda hərəkətdə olan 32 yaşlı Osmanov Şahin Əliyar oğluna məxsus "Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Ekspertiz rəyində "ürək çatışmazlıqı” yazılsa da, zorakılıq izləri aşkar görünür
Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Qubatov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. Anası Samirə xanım isə "Azadlıq” qəzetinə deyib ki, oğlu hərbi hissədə döyülərək öldürülüb. ... Ardını oxu »
Yanvarın 5-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Laçın rayonundan məcburi köçkün 1987-ci il təvəllüdlü Rəsulov ZAUR Xosrov oğlu özünü Təbriz küçəsi 10 ünvanında asıb. 25 yaşlı oğlanın asılı vəziyyətdə qalmış meyiti həmin ünvanda yerləşən "Qoçət” mağazasının anbarından tapılıb.
Faktla əlaqədar cinayət işi açılıb. İntiharın səbəbləri araşdırılır.